“Meqa Sığorta” ASC-nin Direktorlar Şurasında dəyişiklik baş verib.
Banker.az saytının əldə edtiyi məlumata əsasən, Hamlet Qarayev X. şirkətin Direktorlar Şurasını tərk edib. H.Qarayev 2010-cu ildən “Meqa Sığorta” ASC-də çalışırdı.
Bununla belə, Qarayevin yerinə artıq yeni təyinat gerçəkləşib. Mətləb Vəliyev Direkotorlar Şurasının üzvü seçilib.