12 C
Baku
Wednesday, December 11, 2024

“Mercedes-Benz” avtomobillər üçün ödəniş sistemini işə salır

“Mercedes-Benz” öz avtomobillərini ödəniş cihazına çevirərək dünyada ilk dəfə “Visa Delegated Authentication” və “Visa Cloud Token Framework” texnologiyalarını işə salır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mart ayından Almaniyadakı “Mercedes-Benz” müştəriləri avtomobildəki barmaq izi sensorundan istifadə etməklə “Mercedes Pay+” sisteminə daxil ola və ödənişləri təsdiq edə biləcəklər.

Bildirilir ki, “Visa” kredit və debet kart sahibləri onları öz “Mercedes Me” hesabına bağlaya və MBUX vasitəsilə öz avtomobillərində “Mercedes Pay+” funksiyasını aktivləşdirə biləcəklər.

Barmaq izi sensorlarına malik ilk avtomobillər elektrikli EQS və EQE, S-Class və C-Class olacaq. Analitiklərin fikrincə, sürücülərin avtomobilə quraşdırılmış ödəniş sistemi vasitəsilə ödədikəri ən populyar xidmət yanacaqdoldurma olacaq.

Son xəbərlər
Digər xəbərlər