2 C
Baku
Saturday, December 14, 2024

Mercedes-Benz piyadalar üçün təhlükəsizlik yastığı yaradır

Banker.az xəbər verir ki, Mercedes-Benz-in tərkibinə daxil olduğu Daimler AG avtomobil şirkəti ABŞ-ın patent bürosuna piyadalar üçün təhlükəsizlik yastığı patenti ilə bağlı ərizə təqdim edib.

Sözügedən bu təhlükəsizlik yastığı avtomobilin tavan dirəklərində yerləşdiriləcək.

Belə ki, təhlükəsizlik yastıqları ön güzgü boyu yerləşdiriləcək. Avtomobilin piyada ilə toqquşması halında sistem yastıqları açacaq və qəza iştirakçılarına dəyəcək zərəri minimallaşdıracaq.

Verilən məlumatlarda qeyd edilir ki, patentlə bağlı ərizə 2015-ci ilin iyul ayında təqdim edilsə də, yalnız 3 avqust tarixində büronun saytında peyda olub. Şirkətin yeni təhlükəsizlik sistemini nə vaxt tətbiq edəcəyi ilə bağlı planları da açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər