9 C
Baku
Thursday, December 12, 2024

“Mercedes-Benz” Rusiya dilerlərinin proqram təminatı ilə əlaqəsini kəsib

Almaniyanın avtomobil konserni “Mercedes-Benz” Rusiya dilerlərini proqram təminatından ayırıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Şirkətin məlumatına görə, texniki xidmətin həyata keçirildiyi onlayn sistemlərə giriş dayandırılıb.

“Həqiqətən, dilerlər istehsalçının onlayn proqram sistemləri ilə əlaqəsi kəsilib. Bəzi hallarda onlayn sistemlərə çıxışın olmaması təmir müddətinin artmasına səbəb olacaq”, – mesajda deyilir.

“Rusiya Avtomobil Dilerləri” assosiasiyası bəyan edib ki, rəsmi dilerlər əksər xarici brendlərin proqram təminatı ilə bağlı problemlər yaşayır, lakin onların adları açıqlanmayıb.

“Bu, təkcə “Mercedes”ə deyil, “BMW”yə də aiddir. Aydındır ki, indi dilerlər var gücü ilə avtomobil sahibləri qarşısında zəmanət öhdəliklərinə əməl etməyə çalışırlar. Bazarlarda satılan üçüncü tərəf proqram təminatı və avadanlıqlar məhdudiyyətləri keçməyə kömək edir. Amma əslində “rəsmi diler” termini mənasını itirir”, – mesajda deyilir.

“Mercedes-Benz” konserni Rusiyada istehsalın və ölkəyə avtomobillərin tədarükünün dayandırılması qərarını ötən ilin martında, Ukraynada hərbi əməliyyatların başlamasından az sonra elan edib. Payızda o, Rusiya bazarını tərk etmək qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər