26 iyul 2019-cu il tarixində, yəni, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin növbəti iclası keçirilib.
Banker.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov faiz dəhlizinin parametirlərinə dair mətbuat konfransında bildirib ki, faiz dərəcəsi 8.5%-dən 8.25%-ə endirilib. Faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, AMB-nin rəhbərliyi cari ilin iyunun 7-də toplaşmışdı və uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi.