8 C
Baku
Monday, December 23, 2024

Mərkəzi Bank manatın məzənnəsinin sabitliyinin “üstün tərəfini” açıqladı

Azərbaycanda, ötən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Monetar siyasətlə bağlı açıqlamasına istinadla xəbər verir.

AMB deyir ki, qiymətləndirmələrə görə inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və azalma meyillidir.

“Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırır“- deyə, requlyator bildirir.

Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5.1% artmışdır.

Dekabrın ötən dövründə banklararası REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi artım qeydə alınmışdır. Kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir.

Bank sistemi üzrə kredit portfeli noyabrda 1.8%, ümumilikdə 11 ayda 15% artmışdır. Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 mlrd. manat) artmışdır.

“İlin ötən dövründə dövlət büdcəsi profisitli olmaqla pul bazasının artımına məhdudlaşdırıcı təsir etmişdir ki, bu da anti-inflyasiya effekti vermişdir. İlin qalan dövründə büdcə xərcləmələrində aktivləşmə gözlənilsə də onun monetar şəraitə təsirlərinin növbəti ilə keçəcəyi proqnozlaşdırılır”- deyə Mərkəzi Bank bildirir.

Son xəbərlər
Digər xəbərlər