Depozitlərin dollarlaşmasında 2021-ci ilin birinci rübüdə azalma müşahidə olunub, bunu Azərbaycan Mərkəzi Bankı bildirir.
AMB rüblük pul icmalında qeyd edir ki, xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2020-ci ilin dekabrındakı 48.2%-dən mart ayının sonunda 47.9%-ə enmişdir.
Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi rübün sonuna 30.6% olmuşdur ki, bu da ötən ilin dekabrında olduğundan 0.2% çoxdur.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 2020-ci ilin dekabrındakı 58.1%-dən 2021-ci ilin mart ayında azalaraq 56% təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi də rüb ərzində azalmışdır. Belə ki, bu göstərici ötən ilin sonundakı 50.7%-dən 2021-ci ilin mart ayında 50.3%-ə enmişdir.