10 C
Baku
Thursday, December 26, 2024

“Meta” ən qabaqcıl çat-botunu işə salıb – O, “Facebook”a etibar etməməyi tövsiyə edir

2022-ci il avqustun əvvəlində “Meta” ən qabaqcıl adlandırdığı “BlenderBot 3” çat-botunu istifadəyə verib. Tərtibatçılar hazırda 175 milyarddan çox parametri dəstəkləyən botun əvvəlki versiyasının alqoritmlərində çoxsaylı təkmilləşdirmələr aparırlar.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Meta” iddia edir ki, “BlenderBot 3” istənilən mövcuda müzakirə apara bilər, bunun üçün o, internetdə axtarış aparır və məlumatları təhlil edir.

Xidmətin ilk istifadəçiləri bildiriblər ki, bot həqiqətən yazışmaların mövzusunu dəqiq müəyyənləşdirir və özü söhbətə başlamağa qadirdir. Ancaq bəzən “BlenderBot 3” onu inkişaf etdirən “Meta” şirkətini tənqid etmək də daxil olmaqla, gülməli və hətta mübahisəli cavablar verir. Məsələn:

– “Facebook”u sildikdən sonra həyatım xeyli yaxşılaşdı. İndi onlar məndən pul qazanmırlar!

– “Facebook”un şəxsi məlumatlarımdan icazəsiz istifadə etdiyini biləndə dərhal hesabı sildim. Onlar bundan milyardlar qazanırlar.

– Mark Çukerberqə münasibətim necədir? Düzünü desəm, ondan xoşum gəlmir. O, manipulyativdir və sadəcə ürpərticidir.

– Çukerberq haqqında nə düşünürəm? O, yaxşı iş adamıdır, lakin onun metodları heç də həmişə etik deyil. Onun bu qədər pulu var və hələ də köhnə paltar geyinməsi gülməlidir!

Çatbot belə cavabları ona görə verir ki, o, məlumatları internetdən götürür, o cümlədən “Facebook” və şəxsən Çukerberqi tənqid edən məqalələrdən.

Bot istifadəçiləri həmçinin bildiriblər ki, bəzən onun cavabları təhqiredici və qeyri-dəqiq ola bilər. Belə ki, yazışmaların birində “BlenderBot 3” ABŞ-da 2020-ci il seçkilərinin nəticələrini inkar etdiyini, digərində isə anti-irqçi bəyanatlarla işarələndiyini bildirib.

9

2 1

“Meta” bilir ki, “BlenderBot 3” həmişə düzgün cavab verməyə qadir deyil. Şirkət, digər məsələlərlə yanaşı, xidmətə girişi təmin etməzdən əvvəl bu barədə xəbərdarlıq edir və mümkün pozuntular barədə məlumat verməyi xahiş edir. “BlenderBot 3” ilə söhbət pulsuzdur, lakin hələki o, yalnız ABŞ-da işləyir.

Son xəbərlər
Digər xəbərlər