9 C
Baku
Friday, December 13, 2024

“Meta” 11 min işçini ixtisar edib

“Meta” şirkətinin Mark Zukerberq əməkdaşlarının bir qisminə işdən çıxarılma barədə məktub göndərib. Məktubda deyilir ki, 11 min işçi işini tərk edəcək. Bu, şirkətin bütün işçilərinin təxminən 13%-ni təşkil edir.

Bundan əlavə, “Meta” 2023-cü ilin birinci rübünə qədər işə qəbul prosesini dondurduğunu və lazımsız xərcləri azaldacağını açıqlayıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İşdən çıxarılan bütün əməkdaşlara 16 həftəlik işin maaşı veriləcək. Şirkət həmçinin növbəti altı ay ərzində işçilərinin tibbi sığortasını uzadacaq və yeni iş tapmaq üçün üç ay müddətində dəstək olacaq.

Zukerberq qeyd edib ki, o, ixtisarlara “son çarə” kimi baxır. 2022-ci ilin əvvəlindən bəri “Meta” səhmləri 70%-dən çox ucuzlaşıb. İşçi heyətini əhəmiyyətli dərəcədə azaldan digər bir şirkət “Twitter”dir. Şirkətin yeni sahibi İlon Mask işçilərin 50%-dən çoxunu ixtisar edib.

Son xəbərlər
Digər xəbərlər