Meta şirkəti İran İslam Respublikası ilə əlaqəli 40 hesabı, səkkiz səhifəni və bir qrupu platformadan silib.
Bu barədə Meta şirkəti açıqlayıb.
Məlumata görə, sözügedən hesablar və səhifələr əsasən İsrail, Fransa və Bəhreynə yönəlib.
Hökumət şəbəkəsi öz əməliyyatları üçün “Facebook”, “Twitter”, “Telegram”, “YouTube” və haker internet qrupları daxil olmaqla müxtəlif platformalardan istifadə edib.