14 C
Baku
Saturday, April 27, 2024

Metak iki vakansiya elan edib ( 600-800 AZN əmək haqqı)

1. Təmirçi-çilingər

İşin təsviri:

 Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri.
 Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi.
 Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
 Dəzgahların təmizlənməsi və yağlanması.
 Mexanizmlərin yığılması, təmiri.
 Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
 Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi.
 Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması.
 Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

Əlavə şərtlər:

 İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
 İstirahət: bazar günü
 Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

 Ə/h: 600-800 azn.
 Cinsi: Kişi
 25-55 yaş
 Orta texniki təhsil
 Müvafiq iş stajı 3-5 il
 Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
 Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 27.07.2018–ci il tarixinə kimi müraciət edə bilərlər
https://www.metak.az/resume.php?vid=111


2. Tornaçı-frezerçi

İşin təsviri:

– İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
– İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyin olunmasını bilməli;
– Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
– Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli.

Əlavə şərtlər:

– İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
– İstirahət: bazar günü
– Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

– Əh: 600-800 azn
– Cinsi: Kişi
– 25-55 yaş
– Ali texniki təhsil
– Müvafiq iş stajı 3-5 il
– Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
– Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 27.07.2018–ci il tarixinə kimi müraciət edə bilərlər
https://www.metak.az/resume.php?vid=110

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər