6 C
Baku
Monday, December 16, 2024

“Metak”ın 2 mln. manatlıq istiqrazları hərraca çıxarılır

25 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Qiymətli kağızın ISIN kodu AZ2001020273
Emissiya həcmi 2 000 000 AZN
Nominal qiyməti 1000 AZN
Hərrac qiyməti 1000 AZN
İstiqrazların tədavül müddəti 1 il (365 gün)
Faiz dərəcəsi (illik) 14 %
Faiz gəlirinin ödəniş müddəti  3 aydan bir (90 gün)
Anderrayter AzFinance İŞ QSC

 

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər  mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulmuşdur.

Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının “Emitentlər” bölməsində yerləşdirilmişdir.

Qeyd edək ki, Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər