10 C
Baku
Thursday, December 12, 2024

“Meta”nın kriptovalyuta şöbəsinin rəhbəri istefa verir

“Meta”nın (“Facebook”un yeni adı) kriptovalyuta şöbəsinin rəhbəri Devid Markus şirkətdə 7 il işlədikdən sonra istefa verdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə o öz “Facebook” səhifəsində məlumat verib. Mütəxəssisin sözlərinə görə, kriptovalyuta şöbəsinin yeni rəhbəri Stefan Kasriel olacaq.

Devid Markus “Facebook”a 2014-cü ildə, iki il “PayPal”ın baş direktoru vəzifəsində işlədikdən sonra gəlib. Əvvəlcə Markus şirkətin vitse-prezidenti vəzifəsində çalışıb və “Messenger” bölməsinə rəhbərlik edib.

Mütəxəssis şirkət kriptovalyuta buraxa bilmədiyi səbəbindən istefa verir. Bundan əvvəl “Meta”nın blokçeyn texnologiyalarına cavabdeh olan mütəxəssisləri işdən ayrılıb: 2021-ci ilin martında layihənin həmtəsisçilərindən biri Kevin Veyl, sentyabrda isə Morqan Beller çıxıb.

2020-ci ilin mayında sosial şəbəkə kriptocüzdan inkişaf etdirmək üçün törəmə şirkət yaradıb. Beləliklə, “Facebook” “Libra”nın ona məxsus olmadığını və “Coinbase”, “Iliad”, “Lyft”, “Shopify”, “Spotify”, “Uber” və digərlərin daxil olduğu “Andreessen Horowitz” assosiasiyasına daxil olduğunu bildirib.

Xatırladaq ki, oktyabr ayında “Facebook” “Novi” bölməsini işə salıb. Cəmi bir neçə saat sonra ABŞ-ın Demokratlar partiyasının senatorları layihəni dayandırmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər