19 C
Baku
Monday, May 20, 2024

Metroda kinoteatr və kitabxana yaradılacaq

Xarici mətbuat orqanlarının verdiyi məlumata görə Dubay şəhərinin metrolarında bir sıra yeniliklər həyata keçiriləcək. Yeraltı nəqliyyat növünün bir stansiyasında kinoteatr, həmçinin elektron kitabxana yaradılacaq. 

Bundan əlavə stansiyaların hər biri bir incəsənət növünə – musiqi, rəssamlıq, fotoqrafiya və s. ə həsr ediləcək. Bundan əlavə, metroda tez-tez teatr, musiqli səhnəciklər, həmçinin 3D şoular nümayiş etdiriləcək.

Metrodakı yeniliklərdən əlavə, şəhər rəhbərliyi piyada keçidlərini, vaqonları da rəngləməyi düşünür. Verilən məlumatlara görə, metronun belə müasirləşdirilməsi hökumətə 50 milyon dollara başa gələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər