6 C
Baku
Sunday, December 15, 2024

Metronun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir

Sabahdan “Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Məlumata görə, yeni tədris mövsümünə qədər Bənövşəyi xətdə davamlı tətbiq edilən yeniliklərin, o cümlədən qatarların hərəkətini tənzimləyən sistemlərin yoxlanılmasına başlanılacaq. “Xocəsən” elektrik deposunun inşaatı birinci mərhələ üzrə başa çatdırılaraq istifadəyə verildikdən sonra, Bənövşəyi xətdə qatarların sayının artırılaraq, daha intensiv hərəkətin təşkilinə başlanılıb. Bununla qatarların baxışı, qulluğu, xidməti və təmiri, ən əsası, hərəkətin təşkili və xətt üzrə infrastruktur işlərinin aparılmasına zəmin yaranıb. Yeniliklərin tətbiqi, eləcə də dövrü tənzimləmə işlərinin sınaqları məqsədilə “Xocəsən” elektrik deposunda qatarların mərhələ ilə növbədənkənar yoxlanılması və texniki təftişinin aparılması da nəzərdə tutulub. Bu məqsədlə xətdə olan qatarlar növbə ilə yoxlama-təftiş prosesinə cəlb ediləcək. Bu zaman sərnişin təhlükəsizliyinə əməl olunması, bu xüsusda hərəkət qrafikinin pozulmaması, hərəkətin təşkilinə neqativ təsirlərin aradan qaldırılması vacib şərtlərdəndir.

Qeyd edilən işlərlə əlaqədar xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr-Avtovağzal” və “8 Noyabr-Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək. Buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr-Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.

Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.

Qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər