Böyük Britaniyanın baş naziri Tereza Mey Davos Ümumdünya İqtisadi Forumuna qatılmayacaq.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu qərarı “Brexit” sazişi ətrafındakı qalmaqala görə qəbul edib.
Xatırladaq ki, Davos forumu 22-25 yanvarda keçiriləcək. ABŞ, Fransa, Cənubi Koreya prezidentləri də foruma qatılmayacaqlarını bəyan ediblər.