Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brexitin qısamüddətli uzadılması üçün müraciəti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən rədd edilib. O, deputatlarla razılaşmaq üçün son tarixin aprelin 12-si olduğunu bildirib.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, təyin olunan vaxta qədər müqavilə təsdiqlənməlidir, əlavə müddət olmayacaq. Çünki hər hansı bir gecikmə Avropa Parlamentinə keçiriləcək seçkilərə təhlükə yarada bilər ki, bu da Avropa İttifaqının fəaliyyətini təhdid edir.