“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ili 53 min 425 manat zərərlə başa vurub.
Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
“MFX-Trading İnvestisiya Şirkəti”nin ötən il ümumi və inzibati xərcləri 53 min 485 manat, əməkhaqqı xərcləri 32 min 435 manat, sosial müdafiə/məşğulluq fondu xərcləri 8 min 195 manat təşkil edib.
2020-ci ildə investisiya şirkətinin cəmi aktivləri 451 min manat olub.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”nu ötən ilin avqust ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.