26 C
Baku
Wednesday, April 24, 2024

“Microsoft” 60 milyon avro cərimələndi

Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiya (CNIL) Amerikanın “Microsoft” şirkətinin İrlandiya ofisini 60 milyon avro məbləğində cərimələyib.

Buna səbəb şirkətin kukilər (veb-server tərəfindən göndərilən və istifadəçinin kompüterində saxlanılan kiçik məlumat parçası) vasitəsilə istifadəçilərə öz məlumatlarını təqdim etməkdən imtina və ya qəbul prosedurunu sadələşdirmək istəməməsidir.

“Bing.com axtarış sistemində kukilərdən imtina şərtləri ilə bağlı şikayət daxil olduqdan sonra məlum olub ki, sayta daxil olan zaman həmin fayllar istifadəçinin razılığı olmadan onun kompüterinə yüklənir. Həmçinin diqqətə çatdırılıb ki, kukiləri qəbul etməkdən asanlıqla imtina və ya razılıq vermək üçün heç bir düymə olmayıb”, – deyə tənzimləyicinin bəyanatında deyilir.

“Microsoft”a bununla bağlı sorğu göndərilsə də, vəziyyət dəyişməyib və nəticədə müvafiq cərimə tətbiq edilib. Bundan əlavə, şirkətə üç ay ərzində belə faylların Fransadakı istifadəçilərə göndərilməsi üçün icazə tələb edən mexanizm tətbiq etmək tapşırılıb. Bu müddətdən sonra tələbin yerinə yetirilməməsi halında şirkət hər gecikmə günü üçün təyin edilmiş cərimədən əlavə 60 000 avro ödəməli olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər