12 C
Baku
Wednesday, December 11, 2024

“Microsoft” ABŞ hökumətini məhkəmədə uddu

“Microsoft” korporasiyası istifadəçilərin İrlandiya serverlərində saxlanılan məlumatlarını ABŞ-ın dövlət orqanlarına təqdim etməyə borclu deyil.

“Reuters”-in xəbərinə görə, bu barədə Nyu-Yorkun 2-ci Dairəsinin Apellyasiya Məhkəməsi qərar verib.

Məhkəmə “Microsoft”un şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin 2014-cü il tarixli qərarını ləğv edib. Bu qərar şirkətin üzərinə ABŞ dövlət orqanlarının tələbinə riayət etmək, əks halda, məsuliyyət daşımaq öhdəliyi qoymuşdu.

Aprel ayında “Microsoft” korporasiyası ABŞ hökumətinə qarşı iddia irəli sürərək, elektron poçtları izlənilən istifadəçilərinə bu barədə xəbərdarlıq etmək hüququ əldə etmək istəmişdi. Şirkət hesab edir ki, ABŞ hökuməti ona istifadəçilərinə xəbərdarlıq etmək hüququ verməməklə Konstitusiyanı pozur.

Lent.az

Son xəbərlər
Digər xəbərlər