-1 C
Baku
Sunday, December 15, 2024

Microsoft bankları bankomatlarda Windows XP əməliyyat sistemini əvəzləməyə çağırır

Microsoft şirkəti 2014-cü ildən etibarən Windows XP üçün təhlükəsizlik yenilənmələrinin buraxılmasını dayandırmışdır. Lakin bu əməliyyat sistemindən hələ də bankomatlarda əsas əməliyyat sistemi olaraq istifadə olunur ki, bu da kiber cinayətkarlıq hallarının artmasına səbəb olur.

Şirkətin rəsmi mətbuat xidmətinin verdiyi məlumata görə, müştəri məlumatlarının cinayətkarların əlinə keçməsi zamanı 10 haldan 9-da pirat proqramlardan istifadə olunmuşdur ki, bu da əsasən internetdə geniş yayılmış Office və Windowsun payına düşür.

Microsoft şirkətinin verdiyi məlumata görə, MDB ölkələrində 2014-2015-ci illərdə internet bankçılıqda kiber cinayətə məruz qalan hüquqi şəxslərin üzləşdiyi zərər 33,5 milyon dollar təşkil edib. Ümumilikdə isə, banklar edilən hücumlar səbəbindən 11,19 milyon dollar dəyərində zərər ilə üzləşib.

Son xəbərlər
Digər xəbərlər