“Microsoft” şirkəti korporativ müştəriləri üçün böyük həcmli məlumatları emal etməyə kömək edən yeni alət yaradıb – “Azure Purview”.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xüsusilə bu alət məlumatların məxfiliyi və risklərin idarə edilməsi vəzifəsini icra edən mütəxəssislər üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Azure Purview” aləti məxfi və ya tənzimlənən məlumatları aşkar etmək üçün süni zəkadan istifadə edir və avtomatik olaraq onları gizlətməyi bacarır.
Xatırladaq ki, keçən il “Microsoft” “Azure Synapse” alətini təqdim etmişdir. Bu alət 16 milyonluq poçt göndərişlərinin axınını təhlil etmək üçün “FedEx Corp” şirkəti tərəfindən istifadə olunur.