2 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” dünyanın ən dəyərli şirkəti olub

“Microsoft” korporasiyası “Apple”ı geridə qoyaraq, dünyanın ən dəyərli şirkəti olub, bu barədə “Reuters” yazıb. Qeyd edək ki, “Microsoft”un səhmləri ticarət zamanı 2% artıb və şirkətin bazar dəyəri 2.903 trilyon dollara çatıb. Agentlik xəbər verir ki, “Apple”ın səhmləri 0.9% ucuzlaşıb, kapitallaşma isə 2.871 trilyon dollar təşkil edib.

Bundan əvvəl “Microsoft” 2021-ci ildə kapitallaşma baxımından “Apple”ı ötmüşdü. “Microsoft”un səhmləri demək olar ki, 1% bahalaşaraq hər səhm üçün 327 dollara çatmışdı. “Apple”ın səhmlərinin düşməsi analitiklərin proqnozları fonunda baş verir ki, bu da iPhone satışlarının şirkətin əsas bazarı olan Çində zəif olacağına dair narahatlıqları artırır.

Şirkətin bazar kapitallaşması dekabrın 14-də keçirilən hərraclarda maksimuma (3.081 trilyon dollar) çatıb. Onun səhmləri keçən il 48% bahalaşıb. “Microsoft”un səhmləri 2023-cü ildə 57% artıb və bu, şirkətin süni intellektə əsaslanan alətləri fəal şəkildə tətbiq etməsi ilə əlaqəli olub.

2023-cü ilin yanvarında “Microsoft” korporasiyası “OpenAI” süni intellekt (AI) laboratoriyasına yeni çoxillik, çox milyard dollarlıq investisiya elan edib. “Microsoft” ilk dəfə 2019-cu ildə “OpenAI”a 1 milyard dollar sərmayə qoyub.

Son xəbərlər
Digər xəbərlər