2 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” Excel-ə şəxsi maliyyənin təhlili funksiyasını əlavə etdi

“Microsoft” Excel proqramına şəxsi maliyyə vəziyyətinizi izləməyə imkan verən Money funksiyasını əlavə edib. Banker.az xəbər verir ki, bunun üçün istifadəçi tətbiqi yükləyərək onu bankdakı şəxsi hesaba və ya kartına bağlamalıdır.

Xidmət avtomatik olaraq sistemə daxil olan məlumatları yükləyəcək və cədvəldə əks etdirəcək. Money-də bütün xərclər kateqoriyalar üzrə bölünürlər: ərzaqlar, məişət əşyaları, icarə haqqı və s.), burada həmçinin ayları bir-biri ilə müqayisə etmək mümkündür.

 

Bundan əlavə, Money bank komissiyasının dəyişilməsi, böyük xərclər, abunə xərci və s. haqqında istifadəçiyə bildiriş göndərir.

Bank məlumatlarının təhlükəsiz şəkildə ötürülməsi üçün “Microsoft” fintex startaplar üçün nəzərdə tutulan Plaid aqreqatorundan istifadə edir. Plaid-in balans, tranzaksiya tarixi və hesab məlumatlarına çıxışı var. Məsələn, sahibinin adı və ünvanı.

Qeyd edək ki, yeni funksiya yalnız ABŞ üçün əlçatandır. Buna baxmayaraq, gələcəkdə xidmətin coğrafiyasının genişləndirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər