8 C
Baku
Thursday, December 12, 2024

“Microsoft” gələn aydan Rusiya şirkətləri üçün lisenziyaları yeniləməyəcək

Bir çox texnoloji sahələrdə aparıcı oyunçu olan “Microsoft” korporasiyası sentyabrın 30-dan sonra Rusiya şirkətləri üçün lisenziyaların yenilənməsini dayandıracaq.

“Microsoft” artıq Rusiyada göstərdiyi xidmətlər üçün alacağı ödənişi yerli banklar vasitəsilə qəbul edə bilməz.

Bu səbəbdən korporativ müştərilər sentyabrın 30-dan sonra mövcud abunəliklərini yeniləyə bilməyəcəklər.

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Naziri Maksut Şadayev bildirib ki, şöbə bunun nə dərəcədə təsdiqlənmiş fakt olduğunu öyrənir. O qeyd edib ki, Rusiyada “Microsoft” proqram təminatına alternativ mövcuddur.

Son xəbərlər
Digər xəbərlər