6 C
Baku
Sunday, December 15, 2024

“Microsoft” işçilərinə müddətsiz məzuniyyətə çıxmağa icazə verəcək

“Microsoft” şirkətin yeni “Day Out of Decision” (DTO) qaydalarına əsasən, ABŞ işçilərinə istədikləri müddət ərzində məzuniyyətə çıxmağa icazə verəcək. Məlumata görə, yeni qaydalar növbəti həftədən, yanvarın 16-sından qüvvəyə minəcək.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Yeni yanaşma saat sayı ilə əməkhaqqı alan və ABŞ-da yaşamayan işçilərə şamil edilmir. Şirkətin saytında qeyd olunur ki, onun ABŞ-da 122 000, digər ölkələrdə isə 99 000 işçisi çalışır.

“The Verge” yazır ki, hətta yeni işə götürülənlər də müəyyən iş vaxtı gözləmədən məzuniyyətə çıxa biləcəklər.

Limitsiz məzuniyyət təcrübəsi artıq “Netflix”, “Hubspot”, “Oracle” və “Salesforce” da daxil olmaqla digər İT şirkətləri tərəfindən qəbul edilir. “Hubspot”da işçilərin ən azı yarım ay istirahət etməsini tələb edən “iki həftədən sonsuza qədər” məzuniyyət siyasəti tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər