20 C
Baku
Wednesday, May 29, 2024

MICROSOFT – MIKEROWESOFT-a qarşı

2003-cü ilin avqustunda 17 yaşlı kanadalı məktəbli Mike Rowe MikeRoweSoft.com domen adını qeydiyyatdan keçirir. Bu adın tələffüzü eynilə dünyaca məşhur “Microsoft” şirkətinin adının tələffüzü ilə üst-üstə düşür. Daha sonra, 2004-cü ildə Microsoft şirkəti bunu öz müəllif hüquqlarının pozulması halı kimi qəbul etdi.

Şirkətin hüquqşünasları Mike Rowe-ya e-mail göndərərək dərhal bu domen adının hüquqlarını şirkətə qaytarmağı tələb etmişlər. Prinsip olaraq Mike buna etiraz etməmişdi, lakin o saytın yaradılmasına sərf etdiyi zaman və gücünün qarşılığında kompensasiya ödənilməsini tələb etdi. Lakin Microsoft şirkəti xəsislik edərək ona yalnızca domenin qeydiyyat qiyməti olan 10 dollar təklif etdilər. Bunun qarşılığında isə Mike Rowe öz qiymətini bəyan etdi – 10 000 dollar.

Microsoft bu pulu ödəməkdən imtina edərək onu məhkəməyə verdi. Bu hadisə böyük səs-küyə səbəb oldu və bunun nəticəsində də Mike-ın saytı böyük məşhurluq qazandı. O öz saytında bir fond yaratdı və buradan yığılan pullar hüquqşünaslar və məhkəmə xərcləri üçün istifadə ediləcəkdi.
Hadisədən bir neçə gün sonra isə Microsoft şirkəti lazımsız yerə hiddətləndiyini və məsələyə çox ciddi yanaşdığını bildirdi. Bütün olanların nəticəsində tərəflər nəhayət ki, razılığa gələ bildilər. Öz domen adına kompensasiya olaraq Mike Microsoft şirkətindən Xbox oyun konsolu, dəyəri məlum olmayan bir miqdar pul və Microsoft texnologiyalarından istifadə etmək kursunun ödənilməsini qəbul etdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər