2 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” oyun istehsalçısı “Activision Blizzard”ı 69 mlrd. dollara aldı

“Microsoft” oyun istehsalçısı “Activision Blizzard”ı 69 mlrd. dollara aldı

Banker.az xəbər verir ki, “Microsoft” korporasiyası oyun tərtibatçısı “Activision Blizzard” şirkətini səhm başına 95 dollar qiymətinə alır. Verilən məlumata görə, razılaşma 68.7 milyard dollar dəyərində qiymətləndirilir. Bu alışdan sonra “Microsoft” gəlir üzrə “Tencent” və “Sony”dən sonra dünyanın üçüncü ən böyük oyun şirkəti olacaq.

Razılaşma “Activision Blizzard” və “King”in məşhur franşizaları daxildir: “Warcraft”, “Diablo”, “Overwatch”, “Call of Duty” və “Candy Crush”.

“Activision Blizzard”ın CEO-su Bobbi Kotik şirkətin başında qalacaq və “Microsoft”un oyun şöbəsinin rəhbəri Fill Spenserə tabe olacaq. Razılaşma artıq hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiqlənib. “Activision Blizzard” səhmdarları və tənzimləyiciləri tərəfindən təsdiqləndikdən sonra onun 2023-cü maliyyə ilində bağlanacağı gözlənilir.

Razılaşma açıqlandıqdan sonra “Microsoft”un səhmləri 1.8% ucuzlaşıb, “Activision Blizzard”ın səhmləri isə 38% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər