-1 C
Baku
Sunday, December 15, 2024

Microsoft Skype-nin dəstəklənməsini 1 noyabrdan saxlayır

Microsoft, ikinci dəfə Skype-ın (7.0) masa üstü versiyasını dayandırdığını elan etdi. Şirkət ilk dəfə olaraq messengerin köhnə versiyasının sentyabr ayında işini dayandıracağını bildirmışdi. Lakin sonra yüz minlərlə adam bunu etməməyi xahiş etdikdən sonra tarix təxirə salınıb.

İndi şirkət Skype-ın istifadəçilərinə klassik versiyanı 1 noyabrda dayandıracağını xəbərdar edib.  15 noyabrdan etibarən isə şirkət mobil cihazlar və tablet üçün eyni versiyanı dəstəkləməyi dayandıracaq.

Göründüyü kimi, heç bir şey artıq edilə bilməz, baxmayaraq ki masa üstü versiyanın istifadəçilərindən biri, proqramı ən azından «professional» istifadəçilər üçün ləğv edilməməsinə görə imza toplamağa başlayıb. Hal-hazırda təxminən 1200 imza toplanılıb.

Redmond Corporation öz  bloqunda, messengerin ən əhəmiyyətli və məşhur xüsusiyyətləri üzərində çalışmaqda davam etdiklərini söylədi. «Son zamanlar biz zənglərin yazılmasını əlavə etdik, indi dialoq çərçivəsində axtarış funksiyasını tədricən təkmilləşdiririk. Bir müddət sonra, mövcud kontaktlar üçün telefon nömrələrini əlavə edə bilərsiniz, həmçinin statusu də daxil olmaqla bir az daha çox nəzarət vasitəsi əldə edə bilərsiniz»-Skype-ın ixtiracıları bildiriblər.

Skype’ın səkkizinci versiyası 2017-ci ildə təqdim olunmuşdu. O zamanlar xidmətə yeni funksiyalar əlavə edilmişdi, o cümlədən, «Tarixçə» funksiyası, daha sonra bu funskiya dayandırılmışdı. İstehsalçılar, istifadəçilərin tələbi ilə tətbiqin redizaynını elədilər. Xüsusilə kontakt siyahısında,zəng düyməsi  və mesaj üçün zəng düymələri ekranın altına salındı, bu da bu iki funksiyaya tez bir zamanda daxil olmağa imkan verir. Mobil versiyada da eyni prosesslər tətbiq edildi.

 

Son xəbərlər
Digər xəbərlər