27 C
Baku
Thursday, June 19, 2025

“Microsoft” süni intellektə sərmayə fonunda minlərlə iş yerini ixtisar edir

“The Wall Street Journal” yazır ki, “Microsoft” korporasiyası qarşıdakı həftələrdə minlərlə işçini ixtisar etməyi planlaşdırır. İşdən çıxarılmalar satış qruplarına və digər şöbələrə təsir edəcək, çünki şirkət bütün diqqətini süni intellektin inkişafına yönəldəcək.

İxtisar ediləcək işçilərin sayı hələ müəyyən edilməyib. Yenidən strukturlaşdırma iyul ayında “Microsoft”un yeni maliyyə ilinin başlaması ilə başlayacaq. Bu,  2025-ci ildə ikinci genişmiqyaslı ixtisardır. Xatırladaq ki, may ayında şirkət əsasən proqram təminatı tərtibatçıları arasında 6000 vəzifəni ləğv edib. Bundan sonra “Bloomberg” daha 300-dən çox işçinin ixtisar edildiyini bildirib.

“Microsoft” proqram təminatının hazırlanması prosesini sürətləndirmək üçün süni intellektlə işləyən kodlaşdırma vasitələrinin səmərəliliyinə mərc edən aparıcı şirkətlərdən biridir. 2024-cü ilin iyun ayına olan məlumata görə, şirkətin təxminən 228 000 tam ştatlı işçisi var, onlardan 45 mini satış və marketinqlə məşğuldur. Şirkətin işçilərinin yarıdan çoxu ABŞ-də çalışır.

Son xəbərlər
Digər xəbərlər