16 C
Baku
Friday, April 19, 2024

“Microsoft” “Teams” xidmətinə kollektiv yayım rejimini əlavə etdi

“Microsoft” şirkəti “Teams” xidmətinə kollektiv yayım rejimin əlavə edib. Onun köməyi ilə söhbət iştirakçılarını bir fon üzərində “toplamaq” mümkün olacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, “kollektiv” rejim 49 iştirakçı dəstəkləyir və istifadə üçün 2020-ci ilin avqustunda əlçatan olması gözlənilir.
Bundan əlavə, xidmət videonun keyfiyyətini yaxşılaşdırmaq üçün əlavə filtrlər, xarici dillərdə çıxışları daha rahat başa düşmək üçün isə alt yazı funksiyalarını yaradıb.

Videozəng iştirakçıları söhbət otaqlarında emodjilərdən istifadə edə, avtomatik cavablar göndərə biləcəklər.

Şirkət bildirir ki, yaxın zamanda “Teams” xidməti vasitəsilə edilən videozənglərə 1000 nəfər, təqdimatlara isə 20 min nəfər qoşula biləcək. Bu funksiyaların bir çoxu 2020-ci ildə əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər