13 C
Baku
Friday, April 19, 2024

Microsoft-un həmtəsisçisi Pol Allen 65 yaşında vəfat etdi

Microsoft şirkətinin həmtəsisçisi, dünyanın ən zəngin insanlarından biri olan Pol Allen bu gün 65 yaşında vəfat etdi. Allen uzun müddət xərçəngin bir növü olan, qeyri-Hodgkin lenfomadan əziyyət çəkirdi.

Pol Allen 1953-cü ildə Sietl şəhərində doğulub. Vaşinqton Ştatı Universitetində iki il təhsil aldıqdan sonra, təhsilini yarımçıq qoyur və 1975-ci ildə məktəb dostu Bil Geytslə bərabər Microsoft şirkətini təsis edir.

1983-cü ildə Microsoft-u tərk edən Allen, 1986-cı ildə özünün multimilyard dollarlıq portfelini idarə edən Vulcan Inc investisiya şirkətinin əsasını qoyur.

Forbes jurnalının 2018-ci göstəricilərinə görə, 20.5 milyard dollar sərvətə malik olan Allen dünyanın 44-cü ən zəng insanı idi. Allen sərvətinin əhəmiyyətli hissəsini xeyriyyəçiliyə, o cümlədən doğulduğu və yaşadığı şəhərin kitabxanaları və universitetlərinə ianə edib.

Pol Allen sərmayələri arasında idman klubları əhəmiyyətli yer tutub. Həmin klublar arasında Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən Portland Trail Blazers klubu, Milli Futbol Assosiasiyasında (NFL) çıxış edən Seattle Seahawks klubu və Milli Futbol Liqasında (MLS) çıxış edən Seattle Sounders klubları olub.

©Amerikanın Səsi

Son xəbərlər
Digər xəbərlər