9 C
Baku
Friday, December 13, 2024

“Microsoft” üz tanıma texnologiyasını ABŞ polislərinə satmaqdan imtina etdi

“Microsoft” şirkətinin prezidenti Bred Smit “The Washington Post” a verdiyi müsahibədə bildirib ki, onun şirkəti ABŞ-a və polislərə üz tanıma texnologiyasını indiyədək satmayıb və satmayacaq da.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, iyunun 10-da “Amazon” şirkəti də buna oxşar açıqlama vermişdir: şirkət ABŞ-ın polis əməkdaşlarına onun üz tanıma texnologiyasından istifadə etməsini qadağan etdi.

İyunun 8-də verilən məlumata görə, IBM şirkəti üz tanıma texnologiyalarının tərtib edilməsindən imtina edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu texnologiyalar insan hüquqlarının pozulması məqsədi ilə istifadə oluna bilərlər.

“Microsoft”, “Amazon” və IBM kimi İT nəhənglərin bu addımı ABŞ-dakı etirazlar fonunda atılıb.

Son xəbərlər
Digər xəbərlər