25 C
Baku
Saturday, July 27, 2024

“Microsoft” Xbox One X konsolların istehsalını dayandırır

“Microsoft” yeni nəsil oyun konsollarının (Xbox Series X) istehsalına hazırlaşır və bununla əlaqədar olaraq, köhnə Xbox One X modelinin istehsalını dayandırır. Qeyd edildiyi kimi, “bıçaq altına” həmçinin Xbox One S All-Digital Edition konsolu düşüb.

Bununla yanaşı, Xbox One S konsolunun satışı hələ də davam edir. Banker.az xəbər verir ki, bu barədə “Microsoft”un nümayəndəsinə istinadən “The Verge” məlumat verib. Qeyd edək ki, koronavirus pandemiyası fonunda oyun konsollarına tələbat kəskin artıb.

Yeni Xbox Series X modelinin bu ilin sonunda satışa buraxılması gözlənilir. Bu konsol 8K dəstəkləyir və saniyədə 120 kadr göstərir. Mütəxəssislərin fikrincə, onun əsas rəqibi Sony PlayStation 5 olacaq.

Son xəbərlər
Digər xəbərlər