16 C
Baku
Thursday, April 25, 2024

“Microsoft”un kapitallaşması ilk dəfə 2 trln. dolları keçib

“Microsoft” korporasiyasının bazar kapitallaşması ilk dəfə 2 trilyon dolları keçib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, o, ABŞ-da “Apple”dan sonra bu göstəriciyə çatan ikinci şirkət olub.

Qeyd edildiyi kimi, “Microsoft” 22 iyun tarixində keçirilən ticarət sessiyası zamanı 2 trilyon dollar səviyyəsini keçməyi bacarıb. Şirkətin səhmləri 1.2% bahalaşaraq 265.79 dollara çatıb. Buna baxmayaraq, ticarət sessiyasının sonunda qiymətli kağızların dəyəri bir qədər azalıb və 2 trilyon dolları keçmək üçün şirkətə bir neçə sent çatmayıb.

“Nasdaq” indeksi ən yüksək səviyyəsini yeniləyərək 14269.77 bəndi keçib. 22 iyunda texnologiya şirkətlərinin səhmləri əhəmiyyətli dərəcədə artıb: “Facebook” (2.15%), “Twitter” (3.05%), “Apple” (1.07%). Ticarət sessiyasının sonunda “Microsoft”un səhmləri 1.1% bahalaşıb.

Xatırladaq ki, “Apple”ın kapitallaşması 2.2 trilyon dollardan çoxdur. Korporasiya 2 trilyon dollar həddini 2020-ci ilin avqustunda keçib. 2020-ci ilin sentyabrında eyni səviyyəyə “Saudi Aramco” çatıb, lakin hal-hazırda neft şirkətinin kapitallaşması 1.9 trilyon dollardan aşağı qiymətləndirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər