9 C
Baku
Thursday, December 12, 2024

“Microsoft”un qurğu və əməliyyat sistemlərinin hazırlanması üzrə bölmələri birləşdirilib

“Microsoft” korporasiyası qurğu və əməliyyat sistemlərinin hazırlanması ilə məşğul olan bölmələri birləşdirib. “Windows Devices” adlanan yeni struktura məhsulların inkişafı üzrə direktor Panos Panay rəhbərlik edəcək. Təşkilati dəyişikliklər 25 fevral 2020-ci ildə qüvvəyə minəcək.

P.Panay əməkdaşlara ünvanladığı elektron məktubda yenidən təşkilin bütün kompüter ekosistemi üçün “Windows” əməliyyat sistemi ilə işi yaxşılaşdıracağını bildirib.

“Aparat və proqram təminatının birlikdə hazırlanması bizə “Windows” (qoşa ekran, müxtəlif çiplər, qoşulma imkanları, əlavələr platforması və s.) ilə bağlı uzunmüddətli məqsədlərə nail olmağa imkan verəcək. Razılaşdırılmış prioritetləri təmin edən vahid “Windows Client Experience” idarəetmə strukturunun, eləcə də bütün “Windows” müştərilərinin resurslarının mövcudluğu bizə innovasiyaların inkişafını sürətləndirməyə və rəhbərliyi yaxşılaşdırmağa imkan verəcək”, – məktubda qeyd olunur.

P.Panay “Microsoft” korporasiyasının “Experiences and Devices в Microsoft” təşkilatının icraçı vitse-prezidenti Rac Canın tabeliyində fəaliyyətini davam etdirəcək. R.Ca bu vəzifəyə 2018-ci ilin əvvəlində “Windows” bölməsinin rəhbəri Terri Mayerson korporasiyanı tərk etdikdən sonra təyin olunub.

©İctnews

Son xəbərlər
Digər xəbərlər