“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Güzəştli mənzil” sisteminə texniki dəstək xidmətinin göstərilməsi və proqram təminatı lisenziyalarının uzadılması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, satınalmanın qalibi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olub.
Müqaviləyə əsasən, qalib şirkət “Güzəştli mənzil” sisteminə 1 il ərzində texniki dəstək xidmətinin göstərilməsini, habelə “IBM Instana” və “Opswat” lisenziyalarının 1 il müddətinə uzadılmasını təmin edəcək.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 1 749 365 manat təşkil edir.







