Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banker.az xəbər verir ki, MİDA ötən ildə cəmi aktivlərini 103,83 mln. manata, cəmi öhdəlikləri 313 min manat təşkil edib.
Ötən il ərzində MİDA-ya dövlət yardımının həcmi 1,38 mln. manat tə.kil edib
Dövlət Agentliyinin 4,37 mln manat maliyyə gəliri, 0,61 mln. manat əməliyyat zərəri təşkil edib ki, bu da vergidən öncə 3,76 mln. manatdan çox mənfəət əldə etməsi deməkdir.
Beləliklə MİDA-nın xalis mənfəəti 3,02 mln. manata yaxın olması deməkdir ki, bu da xəmi kapitalının 103,51 mln. manatı ötməsinə səbəb olub.
Qeyd edək ki, cəmi kapitalın 100 mln. manatı nizamnamə kapitalı təşkil edir.