2 C
Baku
Saturday, December 14, 2024

MİDA Füzulidə 14 binanın tikintisinə 29 milyon manat xərcləyəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 3 şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər T.T.Ş İnşaat MMC və Körpü-Bina-Tikinti MMC, Ricon MMC-dir.

T.T.Ş İnşaat MMC ilə olan müqavilədə Füzuli şəhərində 8,90 ha torpaq sahəsində Lot 6 – 32, 33, 34, 35, 36, 37 və 38 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri 14 997 777 manatdır.

Körpü-Bina-Tikinti MMC, Ricon MMC ilə bağlanmış müqavilə isə Füzuli şəhərində 8,90 ha torpaq sahəsində Lot 5 – 25, 26, 27, 28, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Bu müqavilənin məbləği 14 213 438 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər