5 C
Baku
Saturday, December 14, 2024

MİDA “Güzəştli mənzil” sistemini yenidən təkmilləşdirir – Bu şirkətə həvalə etdi

“Mənzil İnşaatı Dövlət Agentliyi” MMC (MİDA) tərəfindən “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətlərinin” satın alınması məqsədilə keçirdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, MİDA “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” ilə müqavilə bağlayıb.

MİDA qalib şirkətə 393 min 412 manat verəcək.

Onu da bildirək ki, “Güzəştli mənzil” sistemi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” tərəfindən qurulub. 2017-ci ildə proqram təminatının yazılması və sistemin işlək hala gətirilməsi üçün MİDA “R.İ.S.K. Elmi İstehsalat Şirkəti”nə 259,7 min manat ödəyib.

Xatırladaq ki, MİDA tərəfindən istifadəyə verilən “Güzəştli mənzil” sistemində dəfələrlə problemlər yaranıb və insanların ciddi etirazlarına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər