-3 C
Baku
Sunday, December 15, 2024

MİDA “Kapital Bank”la əməkdaşlığa başladı

“Kapital Bank” ASC və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Məlumatda görə, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi bağlayan agent banklar vasitəsilə yararlana bilər. MİDA bunun üçün Fondun 25 müvəkkil bankına müraciət edib və əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” olub. Ötən gün Bankla “MİDA” arasında müvafiq əməkdaşlıq müqaviləsi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər