MİDA Sarayda yaşayış binalarının elektrik təminatına 7.7 milyon manat ayırır.
Banker.az xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsində 4.5 hektar ərazidə inşa ediləcək çoxmənzilli yaşayış binalarının elektrik enerjisi ilə təmin olunması işləri həyata keçiriləcək.
Bu məqsədlə MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən satınalma müsabiqəsinin qalibi Enerji Qrup MMC olub. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 7 milyon 662 min manat təşkil edir.
Layihə çərçivəsində Saray qəsəbəsində tikilən yaşayış kompleksinin sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərinin görülməsi nəzərdə tutulur.







