MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 12 iyul 2019-cu il tarixində mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.
Banker.az-a bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur.
Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.