10 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov: “Azərbaycandan enerji ehtiyatları tədarükünü artırmağı xahiş edirlər”

Azərbaycan Avropaya enerji daşıyıcıları tədarükünün artırılması məsələsini müzakirə etməyə hazırdır.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycandan enerji ehtiyatları tədarükünü artırmağı xahiş edirlər. Biz bazara tədarükü artırmaqdan məmnunuq. Amma son bir neçə ildə bu sektora investisiyalar qazıntı yanacaqlarla bağlı maliyyə təşkilatllarının dəyişən siyasəti ilə əlaqədar kifayət qədər deyil”, – M.Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan həm də Gürcüstan və Türkiyəyə iri qaz tədarükçüsüdür, oradan isə mavi yanacaq Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniyaya nəql olunur. Hazırda Avropaya qaz tədarükünün artırılması ilə bağlı tərəfdaşlarla işlər aparılır.

Onun sözlərinə görə, Azərbaycan özünün enerji ehtiyatlarının birgə mənimsənilməsi siyasətini yürüdür.

M.Cabbarov əlavə edib ki, Azərbaycan məhsul və xidmətlərin tədarükü, siyasi dialoqda iştirakı, ümumi makroiqtisadi prioritet və möhkəm maliyyə bazası baxımından sabit tərəfdaş olmağa çalışır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər