İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin maliyyə naziri Aviqdor Liberman ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri öz rəsmi Twitter səhifəsində yazıb.
O qeyd edib ki, görüşdə Azərbaycan-İsrail iqtisadi münasibətlərinin cari vəziyyəti, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri və yeni əməkdaşlıq imkanları barədə səmərəli müzakirələr aparılıb.