Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb.
Banker.az xəbər verir ki, bu barədə “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov deyir ki, bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib.
“2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”.