Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.
“Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq”, – paylaşımda deyilir.