10 C
Baku
Tuesday, November 26, 2024

Mikayıl Cabbarov sahibkarlara ödənilən subsidiyanın həcmini açıqladı – Yenilənib

2020-ci il iyun ayından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499.8 mln. ₼ olan 2 630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291.8 mln. ₼ zəmanət verilib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29.9 mln. ₼ subsidiya ödənilib. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 308 müraciətdən 5 022-si üzrə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 69.4 mln. ₼ olub və bunun 65.1 mln. ₼ sahibkarlara ödənilib.

Son xəbərlər
Digər xəbərlər