10 C
Baku
Friday, December 13, 2024

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel – Sahibkarlar Günü ilə bağlı video müraciətində bildirib.

“Bu gün qarşımızda daha ümdə vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə töhfə vermək hər birimizin mənəvi borcumuzdur. Biz bugünkü günlərin arzusu ilə yaşamışıq. Ona görə bu prosesdə sahibkarlarımızın aktiv iştirakı önəmlidir”, – deyə o qeyd edib.

Nazir vurğulayıb ki, hər ölkənin sosial-iqtisadi inkişafı özəl sektorun inkişafı ilə birbaşa bağlıdır: “Müstəqil Azərbaycanın iqtisadi nailiyyətləri sahibkarlığın güclənməsi ilə müşayiət olunur. Görülən işlərin nəticəsidir ki, iqtisadi sferanın müxtəlif sahələri, o cümlədən biznes fəaliyyəti üzrə göstəricilər ildən ilə nəzərə çarpacaq qədər artır. Bu mənzərə doğru yolda olduğumuzu göstərir. Dövlət-biznes münasibətlərində nail olduğumuz inam bizi daha yüksək nəticələrə aparacaq. Dövlət vicdanlı vergi ödəyicisinin etibarlı tərəfdaşıdır. Bu tətbiq olunan güzəştlərdə , stimullarda aydın şəkildə görünür”, – deyə nazir əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər