7 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Mikro – biznes kreditləri üzrə ən sərfəli şərtləri hansı Bank təklif edir?

Mikro – biznes kreditləri üzrə ən sərfəli şərtləri hansı Bank təklif edir?

0
Mikro – biznes kreditləri üzrə ən sərfəli şərtləri hansı Bank təklif edir?

Mikro kreditlər – kiçik biznes və ya peşə sahiblərinin öz işlərini böyütmək məqsədilə əldə etdiyi kreditlərdir.Bu kreditlərin istehlak kreditlərindən fərqli cəhətləri mövcuddur. Bildiyimiz kimi, nağd istehlak kreditləri rəsmi gəlirləri təsdiq edən sənəd əsasında rəsmiləşdirilir və rəsmiləşmə prosesi Bankın filialı daxilində baş verir. Mikro / biznes kreditlərində isə bu proses nisbətən uzun çəkə bilir. Belə ki, kredit mütəxəssisi tərəfindən müştərinin biznesinə (bəzi hallarda isə hətta evinə) baxış keçirilir.

Müəyyən əmsallar vasitəsilə müştərinin mənfətt –  zərər və digər hesabatları tərtib edilir. Əldə edilmiş məlumatlar əsasında kredit müraciəti məbləğdən asılı olaraq kiçik və ya orta kredit komitələrinə çıxarılır. Komitə üzvlərinin müsbət qərar verərsə kredit ayrılır. Mikro – biznes kreditləri demək olar ki bütün hallarda təminatla rəsmiləşdirilir.

Daha kiçik məbləğlərdə (adətən 10 – 15 min AZN-dək) təminat olaraq rəsmi iş yeri olan şəxslərin zaminliyi tələb edilir. Nisbətən yuxarı məbləğlərdə isə təminat qismində daşınar və daşınmaz əmlak, qızıl zinət əşyaları və s. çıxış edə bilər. Ümumilikdə mikro – biznes kreditlərində maksimum məbləğ adətən Bankın yanaşmasından asılı olaraq 30 000 – 50 000 AZN civarında olur.

Monitorinq qrupumuz bu dəfəki araşdırmasında mikro – biznes kreditlərini təklif edən Banklar və onların şərtlərini təhlil edib. Qeyd edək ki, istehlak kreditlərindən fərqli olaraq bu kreditlərdə standart kredit şərtlərindən kənarlaşma halları daha çox olur. Çünki kredit müraciətləri komitədə qərar verilir və komitə üzvləri müsbətə və ya mənfiyə doğru hər hansı bir qərar qəbul etmək səlahiyyətinə malikdirlər. Lakin buna baxmayaraq demək olar ki, bütün Banklarda standart şərtlər toplusu mövcuddur. Aşağıdakı cədvəldə həmin şərtlərlə tanış ola bilərsiniz.

Bank Məbləğ Müddət Faiz Komissiya Təminat üzrə bölgü
Accessbank 500 – 50 000 AZN 48 ayadək Girovla

20 000 AZN- dək :  25% – 28%

30 000 AZN- dək :  24% – 27%

30 000 AZN- dək :  23%

Zaminlə

Müddət və məbləğdən asılı olaraq 25% – 28% arası dəyişir.

Girovla :      0%

Zaminlə :  

12 ayadək – 1%

18 ayadək – 1.5%

24 ayadək – 2.0%

20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.
Amrahbank 300 – 20 000 AZN 36 ayadək Girovla

24 ayadək – 22%

25 – 36 ay – 23%

Zaminlə

Müddət və məbləğdən asılı olaraq 26% – 28% arası dəyişir.

Girovla :      1%

Zaminlə :  1 ,5%

10 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.
Bank of Baku 500 – 20 000 AZN 36 ayadək Məbləğ  500 – 10 000 AZN olarsa

3 – 12 ay:  25% – 29%

13 – 24 ay: 26% –  30%

Məbləğ  10 000 – 20 000 AZN olarsa

3 – 12 ay:  23% – 27%

13 – 24 ay: 24% –  28%

13 – 24 ay: 25% –  29%

0.5%

(min.20 AZN)

20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür
Bank Respublika 500 – 50 000 AZN 36 ayadək Girovla

10 000 AZN-dək: 18% – 26%

20 000 AZN-dək: 16% – 26%

30 000 AZN-dək: 15% – 23%

50 000 AZN-dək: 12% – 22%

Zaminlə

10 000 AZN-dək: 19% – 25,5%

Girovla :      1%

Zaminlə :  1 – 2%

10 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.
Expressbank 1000 – 50 000 AZN 36 ayadək Girovla

12 ayadək – 22%

13 – 18 ay – 23%

19 – 24 ay – 24%

25 – 30 ay – 25%

31 – 36 ay – 26%

Zaminlə

12 ayadək – 24%

13 – 18 ay – 25%

19 – 24 ay – 26%

25 – 30 ay – 27%

31 – 36 ay – 28%

Girovla

18 ayadək – 0.6%

19 – 24 ay – 0.8%

25 – 36 ay – 1%

Zaminlə

12 ayadək – 1%

13-18 ay – 1.5%

19 – 36 ay – 2%

20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.
Nikoil Bank 500 – 10 000 AZN 36 ayadək 28% 2% 10 000 AZN-ə kimi məbləğləri zaminsiz əldə etmək mümkündür
Rabitəbank 500 – 20 000 AZN 36 ayadək 12 ayadək – 24%

13 – 24 ay – 26%

25 – 36 ay – 24%

1% 5 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.
Unibank 500 – 20 000 AZN 48 ayadək Girovla – 22%

Zaminlə

Müddət və məbləğdən asılı olaraq 24% – 29% arası dəyişir.

0% 15 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir.